TP4056 inteqral sxemli bu kiçik modul vasitəsilə siz Litium-Polimer və Litium-İon batareyaları təhlükəsiz bir şəkildə enerji ilə yükləyə bilərsiniz. Rk rezistorunun qiymətini dəyişməklə batareyanın növünə uyğun yükləmə cərəyanının maksimal qiymətini dəyişə bilərsiniz. Girişdə qidanı mini USB kabeli və ya kənarlardakı + – terminallardan verə bilərsiniz.
Elektrik xüsusiyyətləri:
- Modeli: MP1405
- Giriş gərginliyi: 4.5 – 5.5 V
- Yükləmə cərəyan şiddəti: 1 A (maks), sazlanabilən, batareya həcminə görə seçin (xxx mA*Saat/4)
- Çıxış yükləmə gərginliyi: 4.2 V
- İndiqator LED-lər: 2x tam yüklənmə (yaşıl), yüklənmə (qırmızı)
- Rk rezistorunun qiymətlərini dəyişərək yükləmə gərginliyini dəyişin (ətraflı Cədvəldə)
- Yeni modeldə əlavə olunmuş xüsusiyyətlər: qısa qapanma və aşağı gərginlik ayırıcı açar dövrəsi
- Qeyd: Sifariş verərkən zəhmət olmasa sizə qoruyuculu və ya qoruyucusuz model lazım olduğunu bildirin.
Rk | Ibat (mA) |
30 | 50 |
20 | 70 |
10 | 130 |
5 | 250 |
4 | 300 |
3 | 400 |
2 | 580 |
1.66 | 690 |
1.5 | 780 |
1.33 | 900 |
1.2 | 1000 |