Əlaqə

Onlayn Sifariş
Sifariş qeydə alınır
Sifariş yığılır və müştəriyə xəbər verilir
Müştərinin Stokdan götürməsi
Sifarişin Nağd ödənişi





    Menüdən PDF Kataloq bölməsinə gedərək stokda olan məhsulları rahat görə bilərsiniz.

    Kataloqda məhsulun şəkilini, adını, qiymətini və stokda olub olmadığını görə, stokda varsa keçid linkinə tıklayaraq məhsulun sifarişi səhifəsinə gedə bilərsiniz. Kataloq hər həftə yenilənir.

    Suallarınızı sosial şəbəkədəki səhifələrimizdən bizə ünvanlaya bilərsiniz.

    Bizimlə əlaqə

    Müştəri xidmətləri:

    Texniki dəstək:

     

     

     

    Ofisimizin Ünvanı

    Ofisimiz Sahil metrosu, Malakan bağının yanında yerləşən Bakı Kitab Mərkəzi ilə üzbəüz ara küçədə yerləşir. Radiodetal mağazasının yaxınlığındadır. Google Xəritədən bizi daha rahat tapa bilərsiniz. Xəritədə yerimizə buradan baxa bilərsiniz. Gəlməzdən öncə +994 55 594 90 14 əlaqə nömrəmizə zəng edib gələcəyinizi xəbər verməyinizi xahiş edirik 🙂

    Məhsulların çatdırılması və sifarişi ilə bağlı ən vacib məsələlər

    Məhsulu haradan götürə bilərəm?

    Saytımız vasitəsi ilə sifarişi tamamladıqdan sonra işçilərimiz sifarişinizi hazırlayır, sifariş hazırlandıqdan sonra işçimiz sizinlə əlaqə saxlayıb sizə məlumat verir, sizə verilən məlumatdan sonra siz sifarişinizi Malakan bağı yaxınlığındakı ofisimizdən götürə bilərsiniz.

    Anbarda olmayan məhsul neçə günə yenidən stoka daxil olur?

    Anbarda olmayan məhsulun yenidən stoka daxil olma müddətini müəyyənləşdirmək çətindir. Məhsullarımız dünyanın müxtəlif ölkələrindən gəldiyi üçün yenidən stoka daxil olma müddətləri də dəyişkən olur. Stoka yeni məhsullar daxil olduqda saytımızın sosial şəbəkə səhifələrində paylaşılır. Yaxşı olar ki, sosial şəbəkələrdən paylaşımlarımızı, saytımızdan məhsulları izləyəsiniz.

    Sifariş nə qədər vaxta çatdırılır?

    Çatdırılma xidmətimizdən istifadə edərək məhsul sifarişi etmisinizsə sifarişinizi 1-3 iş günü ərzində çatdırırıq.

    Əgər məhsul defekt olarsa nə etməliyik?

    Əgər məhsulda defekt olarsa Facebookda və ya Whatsappda bizə yazaraq defektin nədən ibarət olduğunu qeyd etməlisiniz. Bu zaman biz sizə keyfiyyətsiz məhsul satılıb-satılmadığını və ya məhsulun sizin tərəfdən səhv qoşmanıza görə zədələnib-zədələnmədiyini aşkarlıyıb nəticəyə uyğun olaraq tədbir görürük.

    Tez-tez Soruşulan Suallar və Cavabları

    Sifarişi haradan götürə bilərəm?

    Saytımız vasitəsi ilə sifariş etdikdən sonra işçilərimiz sifarişi hazırlayır. Sifariş hazırlandıqdan sonra sizinlə əlaqə saxlanılıb məlumat verilir və ondan sonra sifarişinizi ofisimizdən götürə bilərsiz. Ofisimiz Sahil, Malakan bağı, Bakı Kitab Mərkəzinin (Baku Book Center) qarşısındakı ara məhəllədə yerləşir.

    Sifariş nə zaman çatdırılır?

    Çatdırılma xidmətimizdən istifadə edərək məhsul sifarişi etmisinizsə sifarişinizi 1-3 iş günü ərzində çatdırırıq.

    Stokda olmayan məhsul neçə günə gələr?

    Stokda olmayan məhsulun yenidən stoka daxil olma müddətini müəyyənləşdirmək çətindir. Məhsullarımız dünyanın müxtəlif ölkələrindən gəldiyi üçün yenidən stoka daxil olma müddətləri də dəyişkən olur.

    Əgər məhsul defekt olarsa?

    Məhsulda defekt aşkarlanarsa saytımızdakı əlaqə səhifəsindən əlaqə nömrələri ilə bizə məlumat verin və ya sosial şəbəkələrdən bizə yazın. Defektin nədən ibarət olduğu haqqında bizə məlumat verin. Biz lazımi tədbirləri görüb, defektin satıcı qaynaqlı olduğunu müəyyənləşdirdikdə məhsulu yenisi ilə əvəzləyirik.

    Mağazanız harada yerləşir?

    Makerstore onlayn mağazası müştərilərə mağazaya gəlmədən sifariş etmə imkanı yaradır. Bizim sabit bir mağazamız yoxdur. Məhsulların toplandığı anbar (stok) var.

    Məhsulları necə sifariş edə bilərəm?

    Məhsulları sifarişini onlayn formada saytımızdan etməlisiniz. Bunun üçün ilk öncə sifariş etmək istədiyiniz məhsulları səbətə əlavə edirsiniz, əlaqə məlumatlarını yazırsınız və sifarişi tamamlayırsınız. Əgər sifariş etmək istədiyiniz məhsul yalnız PDF Kataloqda varsa, saytda yoxdursa o zaman bizimlə əlaqə saxlayın.