Arduino Nano kiçik form faktorda olmasına baxmayaraq digər Arduino modelləri qədər performansa malikdir və üstəlik iki cərgədə düzülmüş pinlər (2.54 mm) bu mini-kartı breadboarda rahat qoşmağa imkan verir.
Texniki parametrləri:
- Mikrokontroller: Atmega328P-AU (8bit)
- USB interfeys çipi: CH340G
- İşçi gərginliyi: 5V
- Qida gərginliyi: 7-12V (Vin maks.20V)
- Rəqəmsal giriş/çıxışlar: 14 (6 kanalda PWM mümkündür)
- Analoq giriş: 8 (A0-A7)
- Proqram yaddaşı: 32 KB Flash
- SRAM: 2 KB
- EEPROM: 1 KB
- Tezliyi: 16 MHz
Sxem və əlavə keçidlər:
- Elektrik sxemi
- Pin diaqramı
- Arduino Nano rəsmi səhifəsi
- Windows üçün CH340 Drayver
- Mac üçün CH340 Drayver