Bu kiçik power bank modulu vasitəsilə əlinizdə olan kiçik LiPo və Li-ion batareyalarını zədələmədən həm enerji ilə yükləyə, həm də qeyri-stabil olan (3-4.2V) batareya gərginliyini stabil 5V-a qaldıra bilərsiniz. Batareya boşaldıqda, yəni 3V-a endikdə modul çıxışı avtomatik qapayır və batareyanı ifrat boşalmadan və zədələnmədən qoruyur. Bu modul sayəsində əlavə olaraq TP4056 və ya USB gərginlik yüksəldici modula ehtiyac qalmır.
Elektrik xüsusiyyətləri:
- Çıxış gücü: 5V – 1A (maks. 1.2A)
- Enerji yükləmə cərəyanın şiddəti: 1A (yükləmə zamanı qırmızı LED yanır, dolduqda yaşıl LED)
- Giriş: 3-4.2V (LiPo və ya Li-ion batareyalar)
- Modul ölçüləri: 1.8 x 2.2 x 1.1 sm
- Qeyd: Batareyanı modulun B+ B- terminallarına lehimləyin, polyarlığı səhv qoşduqda modul zədələnə bilər!