Enerji sıxlığı və çəki baxımdan ən yüksək göstəriciləri olan Litium tərkibli batareyaları layihələrinizi daha uzun müddət enerji ilə təmin edəcək, lakin normal Li-ion və Li-Po batareyalar nisbətən təhlükəli və ekzotermik olduğu üçün, həmçinin soyuq havalarda tez sıradan çıxdığı üçün bir çox layihələrdə onları daha təhlükəsiz və dözümlü olan LiFePo4 (Lithium Dəmir Fosfat) batareyalarıyla əvəzləyirlər. Xatırladaq kı, LiFePo4 batareyalar normal Li-Po batareyalardan fərqli olaraq nominal gərginliyi 3.3V-a bərabərdir və sırf Li-Po üçün istifadə olunan yükləmə cihazını (charger) LiFePo4 ilə işlətmək olmaz.
Elektrik xüsusiyyətləri:
- Batareya modeli: K2 Energy LFP18650P-1350-01
- Nominal gərginliyi: 3.2V *(min. 2.5V maks. 3.66V)
- Tutumu: 1350 mA-saat (milli Amper Saat)
- Ölçüləri: 6.5×1.8 sm
- Qeyd: Bu batareyaların əsas üstünlüyü yüksək enerji çıxışı qabiliyətinin olmasıdır 21 Amper (30 saniyə 35 Amper). Ətraflı məlumat üçün datasheet-ə baxmağınız məsləhətdir.
Əlavə keçidlər: