Əgər əlinizdə hardansa sökdüyünüz transformator və ya sabit cərəyan qida mənbəyiniz varsa, bu kiçik dəst vasitəsilə özünüzə gərginliyi sazlanabilən stolüstü qida bloku düzəldə bilərsiniz. Bu dəst sökülü və tam yığılmış formada iki cür olur. Sökülü halda olanı sifariş edərək özünüz lehimləyə və lehim qabiliyyətinizi artıra bilərsiniz. Sifariş etməzdən öncə növ seçimi etməyi unutmayın.
Elektrik xüsusiyyətləri:
- Giriş gərginliyi: 5-35 V DC və maks. 6-24V AC, birbaşa transformator çıxışı qoşula bilər
- Çıxış gərginliyi: 1.25 – 30 V DC, sazlanabilən, (çıxış < giriş)
- Çıxış cərəyan şiddəti: 1 A maks.
- Tənzimləm metodu: xətti
- Dəstə daxildir:
- 1x Dövrə kartı (PCB)
- 1x KF3.96-2P konnektor
- 5x 1N4007 diod
- 1x Elektrik açarı
- 1x Kabel qoşqusu
- 1x PTC qoruyucu (Resettable Fuse)
- 1x 50V 407 μF elektrolitik kondensator
- 2x 104 (0.1 μF) keramik kondensator
- 1x M3*6 vintlər
- 1x LM317 gərginlik tənzimləyici inteqral sxem
- 1x soyuducu radioator (heatsink)
- 1x 5KΩ potensiometr
- 1x Potensiometr papağı
- 1x 2N5551 (və ya SS9014) NPN tranzistor
- 1x 5.1KΩ rezistor
- 1x 220 Ω resistor
- 1x 25V 10 μF kondensator
- 1x 50V 2200 μF kondensator
- 1x LED
- 1x ekranlı voltmetr (yığılmış halda olan set üçün)
- Qeyd: yığılmış dəst üzərində kiçik voltmetr ekranla gəlir
Əlavə keçidlər: