Yeni GIGA R1 WiFi dövrə kartı funksionallıq və GPİO pin sayı baxımdan bütün əvvəlki Arduino modellərini üstələyir. STM32H7 əsaslı bu güclü kartın iki nüvəli prosessoru, müasir Analoq-rəqəm çevirici (ADC) periferiyası, kamera və ekran konnektorları, USB host və HID device dəstəyi, 76 ədəd GPİO pin sayıyla ən yüksək performans və funksionallıq tələb edən xüsusilə sənaye yönümlü layihələr üçün əvəzsiz bir dövrə kartıdır. Kartın proqram sistemi Mbed OS əsaslıdır.
Texniki Parametrləri:
- Mikrokontroller: STM32H747XI Cortex®-M7+M4 32bit ARM® MCU
- İnterfeysi:
- USB-C proqramlama Portu / HID
- USB-A Host (PA_15 vasitəsilə qoşulur)
- Audio cek 3.5mm (DAC0, DAC1, A7)
- JTAG konnektoru
- MIPI Ekran interfeysi
- Arducam kamera interfeysi
- İşçi gərginliyi: 3.3V
- Qida gərginliyi: 6-24V
- Rəqəmsal giriş/çıxışlar: 76 (12 kanalda PWM mümkündür)
- Analoq giriş / çıxış: 12 giriş (ADC), 2 çıxış (DAC)
- Proqram yaddaşı: 2MB Flash
- RAM: 1MB
- Tezliyi:
- Əsas nüvə 480 MHz
- Köməkçi nüvə 240 MHz
- Kart üzərində mövcud periferik modullar:
- Murata LBEE5KL1DX-883 Wi-Fi® / Bluetooth®
- Real-zaman saatı (RTC)
- Kripto çipi
- CAN Bus