TP4056 inteqral sxemli bu kiçik modul vasitəsilə siz Litium-Polimer və Litium-İon batareyaları təhlükəsiz bir şəkildə enerji ilə yükləyə bilərsiniz. Girişdə qidanı Type-C USB kabeli və ya kənarlardakı + – terminallardan verə bilərsiniz. Modul üzərindəki sazlanabilən gərginlik yüksəldici vasitəsilə əlavə booster moduluna ehtiyac duymadan 4.2-28V aralığında çıxış verə bilir. Modul üzərində batareya qoruma dövrəsi də mövcuddur.
Elektrik xüsusiyyətləri:
-
- Modeli: LX-LCBST
- Şarj çipi: TP4056-1A
- Giriş gərginliyi: 4.2 – 6.5 V
- Çıxış gərginliyi: 4.2-28V (5W) potensiometr vasitəsilə sazlanır
- Yükləmə cərəyan şiddəti: 1 A (maks)
- Batareya yükləmə gərginliyi: 4.2 V
- İndiqator LED: 2x boşalma (mavi), şarj (yaşıl)
- Qoruma: qısa qapanma və aşağı gərginlik ayırıcı açar dövrəsi