,

XY-SK35H Buck-Boost Mini Qida Bloku 35W 4A 0.6-30V CC CV

Mövcudluğu:

İnventarda 1 ədəd qalıb


49.00 79.00 

SK35H mini qida bloku kiçik iş masalarında və ya daşınabilən (portativ) qida bloku tələb olunan hallarda olduqca əlverişli və funksional bir cihazdır. İstər cərəyan şiddəti, istərsə də gərginliyi 0-4A və 0.6-30V arasında sazlamaq mümkündür. Böyük və rəngli LCD ekranı bütün parametrləri rahat oxumağa imkan verir. Bir çox daxili qoruma funksiyalarının (aşağı/yüksək gərginlik, qısa-qapanma, ifrat isinmə, ifrat yüklənmə, geriyə enerji buraxma və s.) olması bu cihazı ev və ya laboratoriya şəraitində işləməyə çox uğyun edir. Qida bloku iki varianta təqdim olunur: sadə panel modulu və hazır qutuyla. Yuxarıdan növ seçimi edə bilərsiniz.

Elektrik xüsusiyyətləri:

  • Model: XY-SK35H
  • Növü: Buck-Boost (gərginlik yüksəldən-alçaldan)
  • Çıxış: DC 0.6-30V, 0-4A (35W maks.)
  • Giriş: DC 5-30V
  • USB-PD (power delivery) funksiyası: 9V – 3A; 12V – 2.25A;  15V – 1.8A
  • Qısa qapanma, ifrat isinmədən qorunma
  • 1.2m 17AWG kabel və USB-C başlıq
  • Rəng: qara
  • Material: ABS plastik
  • Ölçüləri: 79x43x25 mm
  • İşlənmə təyinatı:
    • Stolüstü/daşınabilən qida bloku
    • Panel qida bloku modulu
    • Günəş enerji şarj kontrolleri
    • mini-CNC Qida bloku kimi

Əlavə keçidlər:

Qida bloku modeli

XY-SK35H Panel Modulu, XY-SK35H Aluminum Qutulu