XL6009 mikrosxemi geniş miqyaslı parametrlərə malik, DC/DC çeviricidir. Həm mənfi, həm də müsbət çıxış gərginliyi təmin edə bilər. Girişinə verilmiş gərginliyi 60V-a qədər yüksəldə bildiyinə görə, flyback, SEPIC, inverter dövrələrində istifadə etmək üçün məqsədəuyğundur. Daxili quruluşu N-kanal güc MOSFET-lərindən, sabit tezlikli osilatordan və başqa əlavə dövrələrdən təşkil olunmuşdur. Mikrosxem, bu dövrələr əsasında sabit çıxış gərginliyini rahatlıqla təmin edə bilməkdədir.
Xüsusiyyətləri:
- Giriş gərginliyi: -0.3V – 36V
- Çıxış gərginliyi: -0.3V – 60V
- İşləmə cərəyanı: 4A (maks.)
- Yüksək gərginlikdən qoruma funksiyası