, ,

STEAMtronix Nano-Edu Dəsti

Mövcudluğu:

İnventarda var


79.00  139.00 

İnventarda var

STEAMtronix dövrə kartları STEAM və Robototexnika tədrisində elektronikanın tətbiqini daha da asanlaşdıraraq tələbə və şagirdlərə hamısı-birində olan çoxfunksiyalı dövrə kartları təqdim edir. Bu seriyanın ilk məhsulu olan Nano-Edu dəsti 12 müxtəlif modulu və əlavə çoxlu faydalı funksionallığı özündə birləşdirir. Bu funksionallıqlara WiFi, Bluetooth əlavəsi imkanı, üzərində protatipləşdirmə lövhəsi/breadboard olması, çoxsaylı sensor interfeysi, genişləndirmə imkanları və s. daxildir.

Dəstinin eksklüziv ilk partiya satışına qoşularaq məhsulu ilk əldə edənlərdən biri ola bilər və yerli dizayna öz tövhənizi vermiş ola bilərsiniz.


Qeyd: Layihəyə ilk dəstək olanlardan biri olaraq mövcud eksklüziv endirimlərdən yararlana bilərsiniz:

  • İlk 10 sifarişçiyə ~40% endirim (Super Early Bird) – 79
  • Növbəti 10 sifarişçiyə ~30% endirim (Early Bird) – 99

Xüsusiyyətləri:
  • Mikrokontroller: Nano V3, 5V Type-C (Atmega328P-AU 8bit)
  • Qida gərginliyi: 7-12V (Vin maks. 18V)
  • İşçi gərginliyi: 5V / 3.3V
  • Üzərindəki modullarla Arduino Nano əlaqələri:
    • Slayder (10K potensiometr) – A0
    • DF Player Mini Audio MP3 Modulu: A1(Rx) A2 (Tx)
    • İşıq sensoru (fotorezistor) – A3
    • Səs gurluğu sensoru (mikrofon) – A6
    • I2C OLED Ekran  – A4 (SDA), A5 (SCL)
    • Düymə açarlar – D2, D3 (Pull-up, aktiv LOW)
    • ESP-01 / HC-06D4, D5 (modullar dəstə daxil deyil)
    • Buzzer / Servo C – ~D6
    • L9110 Qoşa Motor Sürücü:
      • Mot.A  D7, ~D9
      • Mot. B D8, ~D10
    • DHT11 Temperatur & N. Rütubətlilik – D11
    • Rele modulu – D12
    • 10 əd WS2812B Neopixel RGB LEDlər – D13
  • Kartın ölçüləri: 210 x 180 x 33 mm
  • Dəstəkləyən Nano modelləri:
Dəstə daxildir:
  • Nano-Edu dövrə kartı
  • Arduino Nano V3 (Type-C girişli)
  • Type-C USB kabel
  • 6 əd. Grove 20sm 4 pinli əlaqə kabelli konnektorlar
  • 2 əd. Grove 20sm 4pin Erkəkj Jumper uclu kabel konnektor
Əlavə keçidlər:
Weight 100 g
Dimensions 21 × 15 × 4 cm