XIAO ESP32S3 Sense Seeed Studio tərəfindən təqdim olunan kompakt ölçülü, lakin güclü funksionallığa sahib mikrokontrolör lövhəsidir. Üzərində daxili Wi-Fi və Bluetooth 5.0 bağlantısı, OV2640 kamera modulu və rəqəmsal MEMS mikrofon modulu ilə təchiz olunub. Bu xüsusiyyətləri onu süni intellekt, görüntü emalı, səs tanıma və digər IoT (Əşyaların İnterneti) layihələri üçün ideal seçimə çevirir. Lövhə həm Arduino IDE, həm də ESP-IDF və MicroPython kimi platformalarla proqramlaşdırıla bilər.
Texniki Xüsusiyyətləri:
- Mikrokontroller: ESP32-S3R8 (Xtensa® 32-bit LX7 dual-core, 240 MHz)
- RAM (SRAM): 512 KB daxili, 8 MB PSRAM
- Yaddaş (Flash): 8 MB
- Kamera: OV2640 (2 MP, 1600×1200 piksel)
- Mikrofon: Rəqəmsal MEMS mikrofon (MSM261D3526H1CPM, PDM çıxışlı)
- Genişləndirmə: microSD kart slotu (32 GB-a qədər FAT dəstəyi)
- Enerji təchizatı: 5 V USB-C və ya 3.7–4.2 V Li-Po batareya
- İş gərginliyi: 3.3 V DC
- Simsiz əlaqə: 2.4 GHz Wi-Fi, Bluetooth 5.0 + BLE Mesh
- GPIO interfeysləri: 11 GPIO (UART, I2C, SPI, I2S, PWM, ADC)
- Ölçülər: 21 × 17.5 mm (əsas modul)
- Əlavə: Daxili LED, Reset və Boot düymələri, U.FL antena bağlantısı






