BBC micro:bit ilk dəfə 2015-ci ildə Böyük Britaniyada (UK) BBC kanalının dəstəyiylə məktəb şagirdlərini texnologiya və kodlama öyrətməyə həvəsləndirmək üçün yaradılmış bir dövrə kartıdır. Mikrobit V2 kartı tam açıq-qaynaqlıdır (open-source) və bir çox üsullarla və proqramlama dilləriylə, həmçinin vizual bloklarla proqramlana bilər. Kartın üzərində həmçinin Bluetooth, təcil sensoru (accelerometer), maqnitometr, 5×5 LED matris, istifadəçi düymələri və USB giriş + batareya konnektorları var. Bu yeni versiya daha güclü prosessor və daha çox funksionallığı özündə birləşdirir.
Xüsusiyyətləri:
- Processor: ARM Cortex-M4
- Simsiz rabitə: Bluetooth Low Energy (BLE 5.0)
- Sensorlar: təcil (accelerometer), kompas, temperatur, mikrofon
- Əlavə: toxunma sensorlu logo hissə, siqnallayıcı
- Qida girişi: MicroUSB və ya JST-PH batareya konnektoru (3V)
- Çıxışlar: 25 pinli EDGE konnektoru, 3 GPİO + 3.3V və GND (4mm dəlikli)
- Düymələr: 2 ümumməqsədli, 1 RESET
- Ekran: 5×5 LED matris
Əsas Proqramlama metodları:
Əlavə keçidlər:
- İstifadə qaydası və rəsmi məlumat səhifəsi [en]
- Tanıtım videosu [en]
- Başlama videosu [en]
- Let’s Code
- Əlavə bütün periferik funksiyalardan xəbərdar olmaq üçün məlumat vərəqinə və aşağıdakı pin diaqramına baxın.