Müştəri xidmətləri:
Texniki dəstək:
Sosial şəbəkə ünvanlarımız
Tez-tez Soruşulan Suallar və Cavabları
Sifarişi haradan götürə bilərəm?
Saytımız vasitəsi ilə sifarişi tamamladıqdan sonra işçilərimiz sifarişinizi hazırlayır, sifariş hazırlandıqdan sonra sizinlə əlaqə saxlanılıb məlumat verilir, sizə məlumat verildikdən sonra siz sifarişinizi mağazamızdan götürə bilərsiniz. Mağazamızın ünvanı www.makerstore.az saytımızın “Əlaqə” səhifəsində qeyd olunub.
Sifariş nə zaman çatdırılır?
Çatdırılma xidmətimizdən istifadə edərək məhsul sifarişi etmisinizsə sifarişinizi 1-3 iş günü ərzində çatdırırıq.
Stokda olmayan məhsul nə zaman yenidən stoka daxil olar?
Stokda olmayan məhsulun yenidən stoka daxil olma müddətini müəyyənləşdirmək çətindir. Məhsullarımız dünyanın müxtəlif ölkələrindən gəldiyi üçün yenidən stoka daxil olma müddətləri də dəyişkən olur. Stokda olmayan məhsulların səhifəsində epoçt ilə “Bildiriş al” xanası var. Həmin xanaları doldurmaqla məhsul yenidən stoka daxil olduqda sizə avtomatik epoçt gəlməsini sazlaya bilərsiniz. Məhsullar stoka daxil olan kimi sizin poçtunuza bununla bağlı epoçt gələcək.
Əgər məhsul defekt olarsa?
Məhsulda defekt aşkarlanarsa saytımızdakı əlaqə səhifəsindən əlaqə nömrələri ilə bizə məlumat verməlisiniz və ya Facebook , Whatsapp sosial şəbəkələrindən bizə məhsuldakı problemlə bağlı, defektin nədən ibarət olduğu haqqında məlumat verməlisiniz. Bu zaman biz sizə keyfiyyətsiz məhsul satılıb-satılmadığını və ya məhsulun sizin tərəfdən səhv qoşmanıza görə zədələnib-zədələnmədiyini aşkarlıyıb nəticəyə uyğun olaraq lazımi tədbirlər görürük. Məhsuldakı defektin satıcı qaynaqlı olduğunu müəyyənləşdirildikdə məhsulu yenisi ilə əvəzləyirik
Mağazanız harada yerləşir?
Makerstore onlayn mağazasının fiziki ünvanı mağazanın vebsaytının əlaqə bölməsində qeyd olunub. Həmin bölmədən bizim ünvanın xəritədəki yerini görə bilərsiniz. Bundan başqa müştərilərə mağazaya gəlmədən sifariş etmə imkanı da yaradır.
Məhsulları necə sifariş edə bilərəm?
Məhsul sifarişlərini onlayn formada saytımızdan etməlisiniz. Bunun üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:
- Əvvəlcə sifariş etmək istədiyiniz bütün məhsulları səbətə əlavə edirsiniz.
- Sonra üst menudan səbət işarəsinə klikləyərək səbətə keçirsiniz. Son dəfə səbəti yoxlayırsınız.
- Sifariş etmək istədiyiniz məhsulları səbətə topladıqdan sonra “Alış-verişi tamamla” düyməsinə klikləyirsiniz.
- Açılan səhifədə məlumatlarınızı yazırsınız, çatdırılma növünü seçirsiniz və “Sifariş et” düyməsinə klikləyirsiniz.
“Sifariş et” düyməsinə kliklədikdən sonra sifarişiniz bizə ötürüləcək. Biz sifarişdəki məhsulları hazırladıqdan sonra sizə məlumat verəcəyik.
Xüsusi qeyd: Əgər sifariş etmək istədiyiniz məhsulu saytda tapa bilmədinizsə, ancaq həmin məhsul bizim PDF Kataloqumuzda görünürsə və qarşısında stokda var qeyd olunubsa o zaman bizimlə əlaqə saxlayaraq məhsulu ala bilərsiniz.