Məhsulların çatdırılması və sifarişi ilə bağlı ən vacib məsələlər
Məhsulları necə əldə edə bilərəm?
Məhsulları onlayn formada saytımızdan sifariş edə və ya mağazamıza gələrək əldə edə bilərsiniz. Saytımızdan sifariş etmək üçün sifariş etmək istədiyiniz məhsulları ilk səbətə əlavə edirsiniz, əlaqə məlumatlarını yazırsınız və sifarişi tamamlayırsınız. Əgər sifariş etmək istədiyiniz məhsul yalnız PDF Kataloqda varsa, saytda yoxdursa o zaman bizimlə əlaqə saxlayıb məhsulu sifariş edə bilərsiniz. Əlaqə səhifəsindən əlaqə məlumatlarımızı görə bilərsiniz.
Sifarişimi haradan götürə bilərəm?
Saytımız vasitəsi ilə sifariş etdikdən sonra işçilərimiz sifarişi hazırlayır. Sifariş hazırlandıqdan sonra sizinlə əlaqə saxlanılır və məlumat verilir. Sifarişinizin hazır olduğu məlumatı sizə verildikdən sonra sifarişinizi mağazamızdan götürə bilərsiz. Mağazamız Sahil metrosu yaxınlığında Xəqani bağı (k. a. Malakan bağı), Bakı Kitab Mərkəzinin (Baku Book Center) qarşısındakı ara məhəllədə yerləşir. Xəritədə yerimizə buradan baxa bilərsiniz.
Sifarişim nə zaman çatdırılacaq?
Məhsul sifariş edən zaman məhsulun təhvil alınması növünü çatdırılma olaraq qeyd etmisinizsə sifarişiniz 1-3 iş günü ərzində çatdırılacaq.
Stokda olmayan məhsul neçə günə stoka yenidən daxil olar?
Anbarda olmayan məhsulun yenidən stoka daxil olma müddətini müəyyənləşdirmək çətindir. Məhsullarımız dünyanın müxtəlif ölkələrindən gəldiyi üçün yenidən stoka daxil olma müddətləri də dəyişkən olur. Stoka yeni məhsullar daxil olduqda həmin məhsullar saytımızın sosial şəbəkə səhifələrində paylaşılır. Yaxşı olar ki, sosial şəbəkələrdən paylaşımlarımızı, saytımızdan yeni məhsullar səhifəsini izləyəsiniz.
Aldığım məhsul defekt olarsa nə etməliyəm?
Məhsulda defekt aşkarlanarsa saytdakı əlaqə səhifəsində qeyd olunan əlaqə nömrələrilə və ya Facebook, Whatsapp sosial şəbəkələri vasitəsi ilə bizimlə əlaqə saxlamalı, məhsuldakı defektin nədən ibarət olduğunu izah etməlisiniz. Bu zaman biz sizə keyfiyyətsiz məhsul satılıb-satılmadığını və ya məhsulun sizin tərəfdən səhv qoşmanıza görə zədələnib-zədələnmədiyini aşkarlıyıb nəticəyə uyğun olaraq tədbir görürük. Defektin satıcı qaynaqlı olduğu müəyyənləşərsə məhsulu yenisi ilə əvəzləyirik.
Mağazanız harada yerləşir?
Makerstore onlayn mağazası müştərilərə mağazaya gəlmədən sayt vasitəsi ilə bir başa sifariş etmə imkanı yaradır. Sifarişlərinizi saytımızdan edə bilərsiniz. Mağazamız Sahil metrosu yaxınlığında Xəqani bağı (k. a. Malakan bağı), Bakı Kitab Mərkəzinin (Baku Book Center) qarşısındakı ara məhəllədə yerləşir. Xəritədə yerimizə buradan baxa bilərsiniz.