Haqqımızda

Elektronika və robototexnikaya aid detallar, komponentlər, modullar, sensorlar,
motorlar və onların aksessuarları, hobbi avandanlıqları sifariş verə biləcəyiniz onlayn mağaza

Elektron cihazlar, modullar, dövrə elementləri və digər Elektronika və Avtomatika sahəsində istifadə edilən detalların satışı ilə məşğul olan MakerStore şirkətinin əsas məqsədi Elektronika və Avtomatika sahəsinə marağı olan şagirdlərin, tələbələrin və bu sahə ilə artıq ixtisaslaşmış peşəkarların rahat formada lazımi cihazları, modulları, komponentləri tapa biləcəyi vahid platformanın yaradılması və dayanıqlı istifadəsinin təmin olunmasıdır. Şirkətimizdə Elektronika və Avtomatika sahəsinə marağı olan və bu sahədə ixtisaslaşmış peşəkar insanlar çalışır. Şirkətin vizyonu bu sahədə yeni tətbiq edilən texnologiyaların öyrənilib ölkəmizə gətirilərək yerli istifadəçilərin də bu texnologiyaya əlçatanlığını təmin etməkdir. 5 illik fəaliyyətimiz zamanı elektronika, robotexnika, mexatronikaya ölkədə marağın artması və inkişafı üçün müxtəlif tədbirlər, eventlər keçirilmiş, dərsliklər hazırlanmışdır. Məqsədimiz ölkədə bu sahəyə olan marağın böyüməsi, yeni texnologiyaların ölkəmizdə hazırlana bilməsi üçün təkan verməkdir.

Xidmətimiz

Texniki problemlərlə üzləşdiyiniz zaman bizdən dəstək ala bilərsiniz. Bunun üçün facebook, instagramwhatsapp sosial şəbəkələrimizdən bizimlə əlaqə saxlamağınız, texniki problemi bizimlə bölüşməyiniz kifayətdir.

Əgər hər hansı bir məhsul saytımızda yoxdursa və ya həmin məhsul stokda qalmayıbsa bizimlə əlaqə saxlayın. Bəzən məhsullarımızdan bir neçəsi saytımızda stokda görünə bilər ancaq anbarda olmaya bilər. Bu çox az hallarda olsa da yoxlanışdan sonra məhsulun anbarda olmadığı ilə bağlı məlumatı dərhal müştəri ilə əlaqə saxlayıb bildiririk.

Sifariş zamanı çatdırılma xidmətini seçməmisinizsə və sifarişiniz anbarımızda mövcutdursa 1 – 3 iş günü ərzində anbar ünvanımızdan sifarişinizi ala bilərsiniz.

Sifariş zamanı çatdırılma xidmətini seçmisinizsə sifarişinizi 1 – 3 iş günü ərzində kuryer sizə çatdıracaqdır. Çatdırılma xidmətinin xidmət haqqı 4 azn təşkil edir.

Əgər aldığınız məhsulda problem varsa (defektdirsə, çalışmırsa, zədəlidirsə və s.) bu barədə bizə vaxt itirmədən məhsulu aldığınız gün məlumat verməlisiniz. Biz sizə keyfiyyətsiz məhsul satıldığını və ya sizin modulu səhv qoşmağınıza görə modulun zədələndiyini araşdırdıqdan sonra uyğun tədbir görəcəyik.