Bu sənəd Makerspace Azərbaycan MMC tərəfindən Sizin fərdi məlumatlarınızın işlənməsi ilə bağlı məxfilik bildirişidir. Fərdi məlumatlarınızın mühafizəsi bizim üçün vacibdir və biz Sizin öz fərdi məlumatlarınız üzərində tam sahibliyinizi təmin etməyə çalışırıq.
Bu sənəd vasitəsilə siz bizim kim olduğumuz, fərdi məlumatlarınızı hansı məqsədlərlə topladığımız və işlədiyimiz, fərdi məlumatlarınızı ötürdüyümüz və açıqladığımız üçüncü şəxslər, həmçinin fərdi məlumatlarınızın mühafizəsini necə təmin etdiyimiz və bu məlumatları hansı müddətə saxladığımız ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz. Fərdi məlumatlarınızın mühafizəsi ilə bağlı hər hansı sualınız olduğu halda bizimlə əlaqə saxlaya bilərsiniz.
Biz kimik?
Biz Azərbaycan Respublikası ərazisində təsis edilmiş və fəaliyyət göstərən məhsul satışı platformasıyıq. Haqqımızda daha ətraflı məlumatlar aşağıdakı kimidir:
- Adı: “Makerspace Azərbaycan” MMC (Makerstore)
- Qeydiyyat nömrəsi: 1804789511
- Elektron poçt ünvanı: [email protected]
- Telefon nömrəsi: +994555949014
Haqqınızda topladığımız məlumatlar
Fərdi məlumatlarınızın mülkiyyətçisi kimi biz proqram təminatı, ödəniş terminalları, bankomatlar, internet səhifələrimiz və digər məhsullarımız vasitəsilə sizin haqqınızda geniş məlumatlar toplayırıq. Haqqınızda topladığımız fərdi məlumatların kateqoriyaları aşağıdakı kimidir:
- Ad, soyad, ata adı;
- Doğum tarixi və yeri;
- Ünvan;
- Şəxsiyyət vəsiqəsi məlumatları;
- Aşağıdakılar da daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtilə maliyyə məlumatları:
Ödəniş əməliyyatı məlumatlarınız. - Aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtilə cihazınız məlumatları:
Telefon, kompüter və ya digər cihazınızın IP ünvanı;
İstifadə məlumatları. Məhsullarımız üzrə sizin hərəkətləriniz və məhsullarımızdan istifadə barədə digər məlumatlar və s. - Elektron poçt ünvanı;
- Telefon nömrəsi;
- Biometrik məlumatlar (barmaq izi və s.)
- Kukilər
Kontakt məlumatları
makerstore.az platformasında istifadəçilər şəxsi kabinet açaraq bir sıra kontakt məlumatlarını əlavə edirlər. Buna görə də, siz makerstore.az platformasında məhsul sifarişi yerləşdirdiyiniz zaman biz sizin kontakt məlumatlarınızı işləyirik. Bu, bizə sifarişlərin və əməliyyatların icrasını sizin üçün daha rahat etməyə imkan verir.
Kukilər
İnternet səhifələrimizə daxil olarkən biz sizdən “kukilər” adlanan fərdi məlumatları toplaya bilərik. Kukilər cihazınızı eyniləşdirməyə imkan verən kiçik mətn fayllarda yerləşən məlumatlardır. Həmin məlumatları işləmək, cihazınızı müəyyən etmək və sizi fərdiləşdirməkdə əsas məqsədimiz davranışınızı analiz etməkdir. Anlayırıq ki, işlədiyimiz kukilərin növündən asılı olmayaraq, həmin məlumatlar sizin şəxsiyyətinizi müəyyən etməyə imkan verirsə, həmin məlumatlar fərdi məlumatlar hesab olunur və onlar qanunvericiliyə uyğun olaraq işlənilməlidir.
Kukiləri bu Məxfilik siyasətində müəyyən edilmiş qaydada və məqsədlər üçün işləyirik
Məlumatlarınızı necə toplayırıq?
Bizdə olan fərdi məlumatlarınız sizin və hər hansı üçüncü tərəfin (resursun) bizə təqdim etdiyi məlumatlar və ya bizim birbaşa olaraq topladığımız məlumatlardan ibarətdir. Bu bölmədə sizi fərdi məlumatlarınızı necə və hansı mənbələrdən topladığımızla bağlı məlumatlandırırıq.
- Birbaşa olaraq sizdən topladığımız məlumatlar. Bu məlumatlar, əsasən, sizin cihazınız barədə topladığımız məlumatlar, həmçinin platforma və məhsullarımızdan istifadəniz nəticəsində əldə etdiyimiz məlumatlardan ibarətdir.
- Açıq mənbələrdən topladığımız məlumatlar. Biz açıq mənbələrdən sizin haqqınızda məlumatlar toplaya bilərik. Bu cür açıq mənbələr internet səhifələri, sosial şəbəkələr, peşəkar media və digərlərindən ibarətdir.
- Bizə təqdim etdiyiniz məlumatlar. Ən çox işlədiyimiz məlumatlar bu kateqoriyadan olan məlumatlardır. Bu cür məlumatlara ad, soyad, ata adı, ünvan, doğum tarixi, doğum yeri və digər məlumatlar daxildir.
- Üçüncü tərəflərin təqdim etdiyi məlumatlar. Bu növ məlumatlar ad, soyad, ata adı, ünvan, doğum tarixi, doğum yeri və sair məlumatlar daxildir. Bizə bu məlumatları üçüncü tərəflər təqdim edirlər. Bu məlumatların ötürülməsi üçün hüquqi əsasın müəyyən edilməsi həmin məlumatların mülkiyyətçisi olaraq üçüncü tərəflərin məsuliyyətidir.
Məlumatlarınızı hansı məqsədlər üçün toplayırıq?
Fərdi məlumatlarınızı əvvəlcədən sizə bəyan etdiyimiz məqsədlər üçün toplayır və işləyirik.. Həmin məqsədlər aşağıdakılardan ibarətdir:
- Sizə xidmət göstərmək. Bizdən sifariş etdiyiniz xidmətləri göstərə bilməyimiz üçün fərdi məlumatlarınızı işləməliyik. Məsələn, sifarişçi hesabı aça bilməyiniz üçün biz sizin ad, soyad, ata adı, telefon nömrəsi, şəxsiyyət vəsiqəsi məlumatları və sair məlumatlarınızı, ödəniş edə bilməyiniz üçün ödəniş məlumatlarını işləməli oluruq.
- Müştəri davranışının qiymətləndirilməsi. Məhsullarımızı və platformamızı tələblərə uyğun qurmaq üçün müştəri davranışını ölçməli ola bilərik. Bu, bizə xidmətlərimizi təkmilləşdirməkdə və sizə ən uyğun məhsulları təklif etməkdə kömək edə bilər.
- Marketinq. Sizə bizim və tərəfdaşlarımızın göstərdiyi xidmətləri təklif edə bilmək üçün fərdi məlumatlarınızı işləyirik. Məsələn, sizə maraqlı ola biləcək məhsullarımızı sizə təqdim etmək üçün məlumatlarınızı işləyə bilərik. Həmçinin məsələn sizinlə əlaqə saxlayıb tərəfdaşlarımızın kredit məhsullarını təklif edə bilərik.
- Bizim və tərəfdaşlarımızın xidmətlərinin təkmilləşdirilməsi. Təklif edilən xidmətləri müştərilərin tələblərinə ən yaxşı şəkildə uyğunlaşdırmaq üçün davamlı olaraq xidmətlərimizi, platformalarımızı və digər məhsullarımızı təkmilləşdiririk.
- Təhlükəsizliyin təmin edilməsi. Xidmətlərimizin və məhsullarımızdan istifadənizin təhlükəsizliyini təmin etmək məqsədilə biz təhlükəsizlik tədbirlərimizi təkmilləşdiririk. Bu məqsədlə biz sizi və ödəniş əməliyyatlarınızı autentifikasiya etmək üçün fərdiləşdirilmiş təhlükəsizlik məlumatları ilə təmin edirik.
Məlumatlarınızın təhlükəsizliyini necə təmin edirik?
Biz şifrələmə, heşinq, psevdonimizasiya (ləqəbləşdirmə) və digər qabaqcıl təşkilati və texniki tədbirlərlə məlumatlarınızın təhlükəsizliyini təmin edirik. Məlumatlar məlumat emalı mərkəzində saxlanılarkən və mübadilə edilərkən, onlar şifrələnir.
Məlumatlarınızı hansı müddətə saxlayırıq
Məlumatlarınızı qeyri-müəyyən, lakin bu Məxfilik siyasətində müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün lazım olan müddətdə saxlayırıq. Bu Məxfilik siyasətinə uyğun olaraq məlumatlarınızı işləmək zərurəti olmadıqda, biz məlumatları məhv edəcəyik və onların surətlərini siləcəyik.
Məxfilik siyasətinə dəyişikliklər
Xahiş edirik, nəzərə alasınız ki, biz bu Məxfilik siyasətini müntəzəm olaraq yeniləyə və ona dəyişikliklər edə bilərik.
Bizimlə əlaqə
Məlumatlarınızın işlənilməsi ilə bağlı hər hansı sualınız olarsa, bizimlə əlaqə saxlamağa çəkinməyin. “Əlaqə” bölməsində göstərilən əlaqə məlumatlarından istifadə etməklə bizimlə əlaqə saxlaya bilərsiniz