,

1-8S Batareya Tester və Aşağı Gərginlik Zummer Siqnallayıcı

Mövcudluğu:

İnventarda yoxdur


4.00 

İnventarda yoxdur

Bu məhsul yenidən inventara daxil olduqda bildiriş al

Litium batareyaları həddən artıq boşaldıldıqda yararsız hala düşə bilir. Buna görə də balans konnektoruna qoşulan bu kiçik modul sizə həm hər bir batareya hücrəsindəki gərginliyi (cell voltage) ölçüb göstərəcək, həm ümumi batareya gərginliyini.  Həmçinin də batareyadakı gərginlik sizin seçdiyiniz siqnallama qiymətinə endikdə modul səsli zummer və işıqlı həyəcan siqnalı verir və sizi xəbərdar edir. İlkin seçilmiş gərginlik qiyməti 3.3V-dur və idarə düyməsi ilə bunu dəyişə bilərsiniz.

Xüsusiyyətləri:

  • İstifadə oluna biləcək batareya növləri: 1-8S Lipo/Li-ion/LiMn/Li-Fe
  • Gərginlik həssaslığı: ± 0.01 V
  • Ümumi gərginlik ölçü diapozonu: 0.5~36V
  • Tək hücrə (cell) ölçü diapozonu: 0.5- 4.5V
  • Aşağı gərginlik siqnallama qiyməti: OFF, 2.7-3.8V (sazlanabilən)
  • Nümunə qoşulma qaydası: Əgər sizdə 3S Lipo varsa, balans konnektronunda qara kabel bu testerin 1S yazılan pini ilə tutuşmalıdır və digər pinlər də sonrakı 2S, 3S ardıcıllığı ilə qoşulur.

 

Weight 9 g
Dimensions 4 × 2.5 × 1.1 cm