Günəş enerjisi gələcəyin əsas alternativ enerji mənbələrindən biri olacaq. Günəşli günlərin sayı kifayət qədər olan Azərbaycanda isə bu tipli kiçik panellər vasitəsilə bir çox maraqlı sensor və ya enerji istehsal layihələri həyata keçirmək olar. Bu kiçik fotovoltaik paneli evinizin pəncərəsinə və ya balkona quraşdırıb, əlavə batareya yükləyici ilə birlikdə kiçik günəş enerji sistemi qura və mobil cihazlarınızı doldura bilər və digər enerji məqsədləri üçün istifadə edə bilərsiniz.
Xüsusiyyətləri:
- Maks. enerji çıxışı: 5 Vatt
- Maks. cərəyan çıxışı: 0.29 A (maks.)
- Qısa qapanma cərəyanı: 0.33A (maks.)
- Nominal Gərginlik (Vmp): 17.2V
- Açıq dövrə gərginliyi: 21.6V (maks.)
- Panel materialı: Polikristallik
- Ölçüsü: 220x200x2 mm
Əlavə keçidlər: