Əgər aşağı gərginlikli (DC) elektrik sxeminizlə yüksək gərginlik və cərəyan axımını idarə etmək üçün rele əvəzolunmaz bir dövrə elementidir. Bu rele modullar vasitəsilə siz müxtəlif avadanlıqları elektronik olaraq işə salıb, qapaya bilətsiniz. Girişlərin optik izolyasiya olunması həssas mikrokontroller pinlərini qorumaq üçün idealdır. Xatırladaq ki, optoizolyator kimi infraqırmızı LED çiplərindən istifadə olunub və buna görə də tam izolyasiyanı təmin etmək üçün optoizolyatorun giriş (Vcc) və çıxış kanalları (JD-Vcc) ayrı qida mənbələrinə qoşulmalıdır. Lakin buna baxmayaraq bu modul əlaqələndirici (jumper) vasitəsilə bir qida mənbəyindən qoşula bilər.
Elektrik Xüsusiyyətləri:
- Rele kanalların (açarların) sayı: 1
- Giriş kanalların idarə gərginliyi: 3.3-5.5
- Hər kanal üçün giriş cərəyan şiddəti: 50-60 mA
- Hər kanal üçün elektrik çıxış parametrləri: 250 V, 10 A (Dəyişən cərəyan) və ya 30 V, 10 A (Sabit cərəyan)
- Hər kanal üçün göstərici LED-lər.
- Qeyd: rele idarə pininə 0V (GND) qoşulduqda işə düşür.
Sxem və əlavə keçidlər: