ADS1115, ultra-kompakt 16-bit dəqiqlikli analoqdan rəqəmsala çevirici (ADC) moduludur. Bu modul, kiçik ölçülü, yüksək dəqiqlik tələb edən tətbiqlər üçün idealdır. ADS1115, analog siqnalları rəqəmsal verilənlərə çevirmək üçün geniş istifadə edilir və xüsusilə mikrokontrollerlər (Arduino, Raspberry Pi və s.) ilə uyğun işləyir. Bu modul avtomatlaşdırma sistemlərində, sensör oxumaq, portativ cihazlar və digər ölçü tətbiqlərində geniş istifadə sahəsinə malikdir.
Elektrik xüsusiyyətləri:
- İşləmə gərginliyi: 2.0V ilə 5.5V arasında
- ADC Dəqiqliyi: 16-bit (65536 fərqli ölçü dəyəri)
- Çıxış interfeysi: I2C (Inter-Integrated Circuit)
- Verilənlər sürəti: 8 SPS ilə 860 SPS arasında (Sampel Per Second)
- Giriş kanalları: 4 kanal (4 single-ended və ya 2 differential giriş – yalnız ADS1115)
- Daxili PGA (Programmable Gain Amplifier): Var, ADS1114 və ADS1115 modellərində
- Daxili referans və osilator: Var
- Daxili voltaj referansı: Aşağı sürüşməli (low-drift)
- Modul ölçüsü: Ultra-kompakt QFN-10 və ya MSOP-10 paketləri
- Enerji istehlakı:
- Normal rejim (Continuous mode): 150 µA
- Tək-tək rejim (Single-Shot mode): Enerji qənaəti üçün avtomatik bağlanma (Auto Shut-Down)
- Tətbiq sahələri: Portativ cihazlar, istehlak malları, batareya izləmə, sənaye ölçü cihazları
- İşləmə temperaturu: -40°C ilə +125°C arasında
Faydalı keçidlər: