Altera USB Blaster, FPGA və CPLD kartlarını proqramlaşdırmaq üçün istifadə olunur. Kompyuterə USB kabeli vasitəsilə qoşulur. MAX seriyalı CPLD kartlarını və Cyclone, Arria, Stratix seriyalı FPGA kartlarını proqramlaşdıra bilər. JTAG interfeys dəstəyi mövcuddur. Cihazı kompyuterlə əlaqələndirmək üçün driver faylını yükləməyiniz tələb olunur.
Texniki parametrləri:
- İşçi gərginliyi: 1.5V/1.8V/2.5V/5V
- AS, PS və JTAG interfeys dəstəyi
- NIOS II dəstəyi