Yeni nəsil Arduino Nano 33 kartları kiçik form faktorda olmasına baxmayaraq digər əvvəlki Nano modellərinə nisbətən olduqca çox funksionallığa sahibdirlər. Bu model üzərində Mikrofon, Bluetooth®, TinyML və TensorFlow™ Lite dəstəyinin olması, çoxlu sayda sensorların olması (mikrofon, hərəkət, barometrik təzyiq, temperatur və nəmlik akselerometr+giroskop+maqnitomer) kartı xüsusilə AI və ML (süni intellekt və maşın öyrənməsi), audio və digər bir çox tətbiqi layihələr üçün əvəzolunmaz bir dövrə kartına çevirir.
Texniki Parametrləri:
- Mikrokontroller: nRF52840 Cortex®-M4 32bit ARM® MCU + FPU (64 MHz)
- İşçi gərginliyi: 3.3V
- Qida gərginliyi: 5-21V (maks. 21V)
- Rəqəmsal giriş/çıxışlar: 14 (11 kanalda PWM mümkündür)
- Analoq giriş: 8 (ADC 12 bit 200 ksamples)
- Proqram yaddaşı: 1MB Flash
- SRAM: 256 KB
- Tezliyi: 64 MHz
- Kart üzərində mövcud sensorlar:
- BMI270 akselerometr, giroskop + BMM150 maqnitometr – 9 aksisli IMU (inertial measurement unit)
- MP34DT06JTR rəqəmsal mikrofon
- APDS9960 əl hərəkət, işıq, məsafə sensoru
- LPS22HB barometrik təzyiq
- HS3003 temperatur, nisbi-rütubətlilik (nəmlik)