Arduino UNO-un R3 versiyası ilə müxtəlif robotların, layihələrin, avtomatlaşdırılmış sistemlərin prototipinin qurulması zamanı istifadə edilən ən geniş yayılmış kontroller dövrə kartlarından biridir. Bu dövrə kartı ilə saysız hesabsız elektronika, robotexnika, STEAM layihələri hazırlaya bilərsiniz.
Arduino UNO-un Rev 3 versiyasında kompüterlə əlaqə üçün FTDI yox ATmega16U2 mikrokontrolleri istifadə olunmuşdur. Bu isə Uno-u proqramladıqdan sonra kompüterə siçan, coystik və ya klaviatura qurğusu kimi tanıtmağa imkan verir. Windows kompüterləri üçün drayver Arduino proqrami ilə birlikdə yüklənir. Bir başa kompüterə taxaraq arduino unonu kodlaşdıra bilərsiniz. Mac və Linux əməliyyat sistemləri üçün drayverə ehtiyac olmur.
Arduino IDE-in son versiyasını bu keçiddən yükləyə bilərsiniz.
Texniki parametrləri:
- Mikrokontroller: ATmega328P (8bit)
- Qida gərginliyi: 7-12V (maks. 20 V)
- Rəqəmsal giriş/çıxışlar: 14 (6 kanalda PWM mümkündür)
- Analoq giriş: 6 (10 bitlik Analoq-Rəqəm çeviricisi)
- Proqram yaddaşı: 32 KB Flash
- SRAM: 2 KB
- EEPROM: 1 KB
- Tezliyi: 16 MHz
Sxem və əlavə keçidlər: