Tranzistor bir çox elektronik dövrədə əsas açar və ya gücləndirici element olmaqla, demək olar ki ən çox istifadə olunan aktiv dövrə elementidir. Burada sizin dövrənin xarakteristikasına uyğun, müxtəlif təyinatlı bipolyar NPN və PNP tranzistorlar tapa bilərsiniz.
Xüsusiyyətləri:
- Gövdə: TO-92
- Maksimal kollektor cərəyan şiddəti (İk) və kollektor-emitter gərginliyi (Vke): uyğun tranzistorun PDF məlumat vərəqini Google-da modeli daxil etməklə axtarıb tapa bilərsiniz.
Tranzistor modeli | Növü | Təyinatı |
---|---|---|
BC547 | NPN | gp |
BC557 | PNP | gp |
2N3904 | NPN | ss, epitaxial |
S9013 | NPN | ss |
S9014 | NPN | epitaxial |
S8050 | NPN | hc,lv,ss |
C945 | NPN | gp |
S9018 | NPN | amp |
2N5551 | NPN | amp |
C1815 | NPN | gp |
A42 | NPN | hv |
A92 | PNP | hv |
2N5401 | PNP | amp |
A733 | PNP | epitaxial |
A1015 | PNP | epitaxial |
S8550 | PNP | hc, lv, ss |
2N3906 | PNP | ss |
S9012 | PNP | ss |
S9015 | PNP | ss |
2N2222 | NPN | gp |
Təyinat qısaltmaları:
- ss – small signal (aşağı güclü siqnal tranzistorları)
- epitaxial – fast switching (radiosiqnal dövrələri üçün uyğun)
- amp – amplifier (gücləndirici dövrələr üçün)
- gp – general purpose (çoxməqsədli)
- hv – high voltage ( yuxarı gərginlik)
- lv – low voltage ( aşağı gərginlik)
- hc – high current ( qismən yüksək cərəyan)