Bu kiçik və ucuz mp3 modulu səsucaldan ilə qoşularaq mikrokontroller vasitəsilə üzərindəki SD card daxilində saxlanılan hər hansı musiqini oynada bilər. Mikrokontrollerə qoşulmadan da SD kart daxilindəki musiqini oxuya bilər. SD kart əvəzinə iki ədəd USB data pininə USB port konnektoru lehimləyərək Flashcard daxilindən də musiqi oxuda bilərsiniz. Arduino, ESP32, Raspberry Pi kimi mikrokontrollerlər ilə MP3 player layihəsi düzəltmək üçün ideal moduldur. Ən yüksək 32 GB qədər Flashcard yaxud SD kart dəstəkləyir. Musiqiləri 100 ədədə qədər qovluqlara bölmə və hər qovluqda ən yüksək 255 sayda musiqi saxlama qabiliyyətinə malikdir.
Elektrik xüsusiyyətləri:
- İşləmə gərginliyi: 3.2V – 5V
- Speaker üçün maks. çıxış gücü: 3W
- Rəqəmsal-Analoq çevirici çıxışı: 24 bit
- FAT 16, FAT 32 yaddaş formatı dəstəyi
- Səsi artırıb azaltma funksiyası