Arduino Uno üçün olan shield lövhələr onun imkanlarını daha da artırmağa xidmət edir. LCD ekran və düymə shield kartı üzərində 16×2 LCD ekran və 5 ədəd düymə açar (push button) və RESET açarı mövcuddur. 5 idarəetmə düyməsi xüsusi gərginlik bölücü pilləvari rezistorlar vasitəsilə qoşulduğu üçün yalnız 1 analoq pin (A0) istifadə edərək oxumaq mümkündür. Beləcə yerdə qalan pinlərə qənaət edilmiş olur.
Xüsusiyyətləri:
- Model: DFRobot LCD Keypad Shield
- Uyğun modellər: Arduino Uno, Leonardo, Mega
- İşləmə gərginliyi: 5V
- Ölçüləri: 80 mm x 58 mm
Faydalı keçidlər:
LCD Ekran pin düzülüşü:
| Arduino Pin | 16×02 LCD Ekran Shield |
| Analog 0 | Düymə (select, up, down, left, right) |
| D4 | LCD DB4 |
| D5 | LCD DB5 |
| D6 | LCD DB6 |
| D7 | LCD DB7 |
| D8 | LCD RS |
| D9 | Enable |
| D10 | Arxafon parlaqlıq |





