DRV8833 Motor Sürücü Modulu kompakt ölçülü və yüksək səmərəliliyə malik motor idarəetmə moduludur. Modul iki H-bridge arxitekturası ilə hazırlanıb və eyni anda iki DC motoru və ya bir 4 naqilli step motoru idarə edə bilir. Arduino, ESP8266, ESP32 və digər mikrocontroller əsaslı robot texnikası, avtomatlaşdırma və DIY elektronika layihələri üçün ideal seçimdir. 3V-10V işləmə gərginliyi və hər kanal üçün 1.5A-ə qədər çıxış cərəyanı sayəsində kiçik və orta güclü motorların stabil idarəsini təmin edir. Modulda qısaqapanma, həddindən artıq cərəyan, aşağı gərginlik və temperatur qoruma funksiyaları mövcuddur. Kiçik ölçüsü və yuxu (sleep) rejimi funksiyası onu enerji qənaətli və portativ layihələr üçün əlverişli edir.
Xüsusiyyətləri:
- İşləmə gərginliyi (VCC): 3V – 10V
- Motor qidalanma gərginliyi: 2.7V – 10.8V
- Maksimum çıxış cərəyanı: 1.5A (hər kanal üçün)
- Motor dəstəyi: 2 × DC motor və ya 1 × 4 naqilli step motor
- İdarəetmə girişləri: IN1, IN2, IN3, IN4
- Çıxış pinləri: OUT1, OUT2, OUT3, OUT4
- Sleep rejimi: Low-power sleep mode (pin vasitəsilə)
- Qoruma funksiyaları:
- Həddindən artıq cərəyan qoruması
- Qısa qapanma qoruması
- Aşağı gərginlik bloklanması (UVLO)
- Həddindən artıq temperatur qoruması
- Ölçü: 18.4 mm × 16 mm
Əlavə keçid linkləri:





