,

Elastik əyilmə sensoru (Flex Sensor) 4.5 düym

Mövcudluğu:

İnventarda var


49.00 

İnventarda var

Robototexnika və geyilə bilən texnologiyalar üçün ideal analoq tipli sensorudur. Əyildikcə müqaviməti dəyişir və bu dəyişiklik mikrokontrollerlər vasitəsilə asanlıqla ölçülə bilir. Düz vəziyyətdə təxminən 9 kΩ müqavimətə malik olan sensor, 90° əyilmədə ~14 kΩ, 180° əyilmədə isə ~22 kΩ-a qədər yüksəlir. Sadə 2-pin interfeysi sayəsində Arduino və digər mikroprosessor lövhələrinə rahat qoşulur. İşləmə gərginliyi 3.3V – 5V, gücü 0.5W (pik 1W) olan bu sensor 1 milyondan çox əyilmə dövrünə davam gətirə bilir. Yüngül, elastik və davamlı quruluşu sayəsində barmaq, əl və qol hərəkətlərinin izlənməsi, ağıllı əlcəklər, oyun idarəetmə sistemləri, reabilitasiya texnologiyaları və digər interaktiv layihələrdə istifadəyə uyğundur.

 

Elektrik xüsusiyyətləri:

  • Düz vəziyyətdə müqavimət: ~9 kΩ
  • 90° əyilmə müqaviməti: ~14 kΩ
  • 180° əyilmə müqaviməti: ~22 kΩ
  • Nominal güc: 0.5 W
  • Pik güc: 1 W
  • Əyilmə ömrü: >1 milyon dövr
  • İşləmə temperaturu: -35 °C ~ +80 °C
  • Təchizat gərginliyi: 3.3V – 5V
  • Ölçü (L x W x T): 114 x 6.35 x 0.5 mm (təxminən 4.5” x 0.25” x 0.02”)
  • Çıxış tipi: Analoq müqavimət dəyişməsi
  • İnterfeys: 2-pin metal pin (0.1” pitch)

 

Məhsulun kodu: F044-2 Kateqoriyalar: , Tags: , , , , , , , ,