Platada və ya breadboard üzərində qurduğunuz dövrəni daha interaktiv və vizual gözoxşayan etmək üçün daxili indikator LED lampalı düymə açarlardan istifadə edə bilərsiniz. Belədə sistem statusunu birbaşa düymənin üzərində göstərə bilərsiniz.
Xüsusiyyətləri:
- Ölçüləri: 12x12x7 mm
- 6 pinli
- Maksimal yük: 50mA 12V DC
- Kontakt müqaviməti: ≤ 0.03Ω
- Mövcud LED rəngləri: qırmızı, yaşıl, mavi, ağ, sarı (istədiyiniz rəng və sayını sifarişdə qeyd bölməsində yazın zəhmət olmasa)
- Qeyd: indikator LED-i qida mənbəyinə daim cərəyan limitləyici rezistorla qoşun. Məsələn, 5V üçün 330Ω müqavimətli rezistorla.