Bu saat modulu tələbələr, şagirdlər, elektronikaya yeni başlayanlar və lehimləmə bacarığını inkişaf etdirmək istəyənlər üçün hazırlanmışdır. Dəst saatın platası, dövrə komponentləri, qol kəməri və dövrə sxeminin göstərildiyi bir ədəd vərəqdən təşkil olunmuşdur. Vərəq üzərindəki sxem ilə saatın dövrəsini daha aydın anlaya və komponentləri plata üzərinə özünüz rahatlıqla lehimləyə bilərsiniz. Kompakt həcmdə olması dəstin daxilindəki kəmər ilə qola keçirilməsinə də imkan verir. Saatı tam hazır vəziyyətə gətirdikdən sonra bir ədəd CR2025 markalı kiçik 3 voltluq batareya ilə saatı işə sala bilərsiniz. Rəqəm displeyi rəqəmi göstərdikdən 5 saniyə sonra qənaət rejiminə keçərək sönür. Buna görə də saatı görmək istədikdə düyməni sıxmağınız kifayətdir.
Xüsusiyyətləri:
- İşləmə gərginliyi: 3V
- Çəkisi: 48 qram