Wemos Lolin ESP32-S2 Mini dövrə kartıyla siz istər simsiz Wi-Fi şəbəkəyə və internetə bağlana bilər, müxtəlif sensor və aktuatorlara internet üzərindən nəzarət, idarə edə bilərsiniz və məlumat mübadiləsi apara bilərsiniz. Dövrə kartını həm Arduino İDE, ESP-IDF vasitəsilə, həm də MicroPython vasitəsilə proqramlaya bilərsiniz.
Xüsusiyyətləri:
- Mikrokontroller: ESP32-S2FN4R2 WIFI SoC
- CPU: Xtensa® single-core 32-bit LX7, 240MHz
- İşçi gərginliyi: 3.3 V DC
- Giriş gərginliyi: 3.3-5.5 VDC
- Proqram yaddaşı (Flash): 4 MB
- Əlavə yaddaş (PSRAM): 2 MB
- USB-OTG: ESP32 S2 daxili (Type-C port)
- GPIO: 27 ədəd (UART, SPI, ADC giriş, DAC çıxış , I2C, PWM)
- Proqram beyni: MicroPython (üzərində gəlir)
- Ölçüləri: 34.3×25.4mm
- Çəkisi: 2.4 qr.