ESP32-S3 (N16R8) modulu IoT, ağıllı qurğular və embedded sistem layihələri üçün hazırlanmış güclü və funksional inkişaf platformasıdır. Modul Xtensa® LX7 dual-core 32-bit prosessoru ilə 240 MHz-ə qədər işləmə tezliyi təmin edir və yüksək performanslı tətbiqlər üçün optimallaşdırılmışdır. Lövhə üzərində yerləşən iki Type-C portu, antena bazası və 44 pinli genişlənmə interfeysi sayəsində müxtəlif sensorlar, modullar və periferik qurğuların rahat qoşulmasına imkan verir. Yüksək yaddaş həcmi, çoxsaylı kommunikasiya interfeysləri və güclü təhlükəsizlik funksiyaları bu development board-u həm prototipləmə, həm də sənaye səviyyəli IoT layihələri üçün ideal seçimə çevirir.
Elektrik xüsusiyyətləri:
- Prosessor: Xtensa® dual-core 32-bit LX7 CPU, 240 MHz-ə qədər tezlik
- İşləmə gərginliyi: 3V – 3.6V
- ROM: 384 KB
- SRAM: 512 KB
- RTC SRAM: 16 KB
- PSRAM: 8 MB
- GPIO sayı: 45-ə qədər
- ADC: 2 × 12-bit ADC (20 kanala qədər)
- I2C interfeysi: 2 ədəd
- I2S interfeysi: 2 ədəd
- SPI interfeysi: 4 ədəd
- UART interfeysi: 3 ədəd
- USB: 1 × USB OTG
- Təhlükəsizlik: 4096-bit OTP, AES, SHA, RSA, ECC, RNG
- Təhlükəsiz yükləmə və qoruma: Secure Boot, Flash Encryption, Digital Signature, HMAC
- İşləmə temperaturu: -40°C – +65°C
Əlavə keçidlər:
- Məlumat vərəqi (datasheet)
- Dövrə Sxemi
- ESP32-S3 DevKitC-1 səhifəsi
- Pin Diaqramı
- ESP32 Arduino nüvəsi
- MicroPython dəstəyi
- ESP32 və Arduino İDE (videodərslik)
- CH343 Driver
- Ətraflı məlumat








