ESP8266 son dövrlər çox məşhur olan demək olarki ən ucuz Wi-Fi şəbəkə moduludu. Modul üzərində kiçik mikroprosessor və flash yaddaş çipi mövcuddur. Bu modulu istər mikrokontroller dövrələrinizdə köməkçi Wi-Fi adapteri kimi işlədə bilər, istərsə də modulun özünü birbaşa proqramlayaraq həm şəbəkəyə qoşula, həm də GPİO pinləri ilə əlavə cihazları idarə edə bilərsiniz. Bu adapter vasitəsilə ESP modulunu rahatca kompüterinizə taxıb, proqramlaya bilərsiniz.
Xüsusiyyətləri:
- Modul növü: ESP-01(S)
- Baud dəyəri: 115200