Bu sensor modulu üzərindəki 64 ədəd (8×8) fotodiod ilə müxtəlif dalğa uzunluğuna malik işıqları ölçərək əşyanın rəngini təyin etmə xüsusiyyətinə malikdir. Əsasən qırmızı, yaşıl və mavi rəngləri asanlıqla tanıya bilir. Sensordan əldə olunan informasiya öz platası daxilində emal olunaraq müxtəlif tezlikli PWM siqnalına çevilir. Həmin siqnalı isə hər hansı mikrokontrollerə (əsasən Arduino) köçürməklə istənilən layihəni qura bilərsiniz.
Elektrik xüsusiyyətləri:
- İşləmə gərginliyi: 2.7V – 5.5V
- Cərəyan: 10 mA (max)
- Çıxış siqnalı tezliyi: 10 kHz – 600 kHz
- İdeal tanıma məsafəsi: 1 sm