,

INA219 Cərəyan Şiddəti Sensoru 26V, 3.2A

Mövcudluğu:

İnventarda var


10.00  12.00 

İnventarda var

Bu modul dövrədəki cərəyanı, gərginliyi və gücü ölçmək üçündür. Yüksək ölçmə dəqiqliyinə malikdir. I2C protokol dəstəyi sayəsində mikrokontrollerlər (əsasən Arduino) ilə asanlıqla qoşula bilər.İş prinsipi Om qanununa əsaslanır. Daxilindəki aşağı dəyərdə müqavimətin üzərinə düşən gərginlik düşküsünü təyin edərək cərəyanın qiymətini müəyyən edir. Əlavə olaraq, gərginliyin və cərəyanın dəyərlərinə görə dövrədəki güc sərfiyyatını da bu modul vasitəsilə tapa bilərsiniz. Əsasən batareyaların dolma və boşalma cərəyanlarını tapmaq üçün istifadə olunur.

Elektrik xüsusiyyətləri:

  • Qida gərginliyi: 3.0V – 5.5V
  • Cərəyan: 0.7 mA
  • Şin (Bus) gərginlik aralığı: 0v – 26V
  • Şunt gərginlik aralığı: ±320 mV
  • Cərəyanı ölçmə aralığı: ±3.2A
  • Ölçmə xətası: ±1% (100μV)
  • I²C Adresi: 0x40
  • Şunt müqaviməti: ~0.1 om

Əlavə keçidlər:

Məhsulun kodu: F025 Kateqoriyalar: , Tags: , , , ,