L298N Sabit cərəyan və ya Stepper motor sürücüsü. Bir ədəd 2-fazlı stepper və ya iki ədəd sabit cərəyan mühərrikini idarə edə bilər. Çıxış qoruyucu diodları və gərginlik girişində istifadə olunan tutumlar modulun etibarlı işini təmin edir.
Elektrik Xüsusiyyətləri:
- İşləmə gərginliyi – 35V-a qədər
- 4.5-7 VDC məntiqi idarə gərginliyi (0-36 mA)
- 4A-ə qədər cərəyan buraxma qabiliyyəti
- Termal qoruyucu
- Məntiqi ‘0’ girişi 1.5V-a qədər
- Küylərə qarşı dözümlülük
- Elektrik açarlı (ON/OFF) və məntiq bloku üçün 5V (78M05) requlyator.
Məntiq Xüsusiyyətləri:
- ENA girişi 5V-a qoşulu olarsa IN1 IN2 idarə girişləri OUT1 OUT2 çıxışlarını
- ENB girişi 5V-a qoşulu olarsa IN3 IN4 idarə girişləri OU3 OUT4 çıxışlarını idarə edir.
Sxem və əlavə keçidlər: