Siz bu kiçik ölçülü modulla bir ədəd 2-fazlı stepper və ya iki ədəd sabit cərəyan mühərrikini asanlıqla idarə edə bilərsiniz. Batareya ilə işləyən pultlu maşınlar, robotlar və dronlar üçün istifadə oluna bilər. Modulun iki kanalı mövcud olduğuna görə, toplam 2 ədəd DC motor qoşaraq hər birinin sürətini modulun çıxışındakı PWM siqnalı ilə artırıb azaltmaq da mümkündür. Bu modulun üstünlüyü mikrosxemin qızmasının qarşısını almaq üçün radiator (Heatsink) istifadə etməyə ehtiyac olmamasıdır. Mikrosxemin öz daxilində yüksək temperaturdan qorunma funksiyası da quraşdırılmışdır və temperatur normadan daha çox artdıqda mikrosxem özünü deaktiv edir.
Xüsusiyyətləri:
- Qida gərginliyi aralığı: 2V-10V
- Siqnal girişi gərginliyi aralığı: 1.8V-7V
- Stabil çıxış cərəyanı: Hər kanal üzrə 1.5A (maks. 2.5A)