Lehim sorucu nasos, yəni vakuum pompası PCB üzərində komponentləri sökərkən lehimin sorulması üçün istifadə edilir. Əvvəlcə purjunlu başlığını basmaqla aşağı doğru çəkirik, daha sonra lehimi isidərək pompanın plastik ucunu sorulacaq lehim olan yerə hava keçməməsi üçün möhkəm sıxırıq. Sonda isə, pompanın üzərindəki düyməni sıxdığımız zaman purjun anidən geriyə açılır və qızmış lehim pompanın daxilinə keçərək orada soyumuş halda qalır. Beləliklə komponentləri daha tez sökə bilərsiniz. Vaxtaşırı pompanı açaraq içərisindəki lehim qalıqlarını boşaltmağınız tövsiyyə olunur. Ölçülərinin kiçik və çəkisinin yüngül olması istifadəsini daha da asanlaşdırır.
Lehim Aksesuarı, Lehimləmə / Prototipləşdirmə
Lehim Sorucu Nasos
Mövcudluğu:
İnventarda yoxdur
6.00 ₼
İnventarda yoxdur