,

Litium Ion batareya Şarj modulu + 5V 2.1A yüksəldici

Mövcudluğu:

İnventarda var


5.00 

İnventarda var

Bu kiçik və sadə plata ilə fərqli gövdəli litium-ion batareyaları 5V-luq gərginlik ilə yükləyə bilərsiniz. Vin və GND pinlərinə 5V tətbiq edərək BAT+ və GND pinlərinə bağlanmış hər hansı 3.7V ilə işləyən Litium-İon batareyalarını rahatlıqla yükləmək mümkündür. Bundan əlavə, Vout və GND pinlərinə ən az 50mA (50 milli Amper) cərəyan tələb edən yük qoşulduqda batareyanın gərginliyi yüksəldilərək sabit 5V kimi həmin çıxışdan qoşulan yükə ötürülür. Plata üzərində batareyanın səviyyəsini göstərən 4 ədəd səviyyə indikatoru da mövcuddur.

Xüsusiyyətləri:

  • Qida gərginliyi: 4.5V – 5V (adətən 5V)
  • Yükləmə gərginliyi: 4.2V
  • Çıxış gərginliyi: 5V
  • Yükləmə cərəyanı tələbatı: 2.1A
  • Boşalma cərəyanı tələbatı: 3.5A
Məhsulun kodu: E002-7 Kateqoriyalar: , Tags: , , ,