LM386 aşağı gücdə səs gücləndirici mikrosxemdir. Əsasən daşınabilən səs cihazlarında, batareyalı cihazlarda, radio və ya səs layihələrində istifadə olunur. Dinamik mikrofondan gələn zəif elektrik siqnallarını gücləndirərək yüksək impedanslı qulaqcığa ötürə bilər. Hobi olaraq məşğul olanlar yaxud yeni başlayanlar üçün də səs layihələri üçün asanlıqla tətbiq oluna bilər.
Elektrik xüsusiyyətləri:
- İşləmə gərginliyi: 4 – 12V
- Cərəyan: ~4 mA
- Gücləndirmə əmsalı: 20 – 200
- Giriş impedansı: <50 kΩ
- Güc sərfiyyatı: 0.25 – 1 W