Arduino ailəsinin ATmega32U4 əsaslı üzvü olan Leonardo normal Arduino Uno əvəzləyicisi kimi işlədiləbilməklə yanaşı HİD və USB-Keyboard emulyatoru kimi də proqramlamağa imkan verir, həmçinin USB-host vasitəsilə əlavə USB-TTL çeviriciyə ehtiyac duymadan birbaşa USB bağlantı yaratmağa imkan verir.
Texniki parametrləri:
- Mikrokontroller: ATmega32U4 (8bit) 5V
- Qida gərginliyi: 7-12V (VİN giriş)
- Rəqəmsal Giriş/çıxışlar: 20 (7 kanalda PWM mümkündür)
- Analoq giriş: 12 (10-bitlik Analoq-Rəqəm Çeviricisi ADC)
- Proqram yaddaşı: 32 KB Flash (4 KB bootloader tərəfindən tutulub)
- SRAM: 2.5 KB
- EEPROM: 1 KB
- Tezliyi: 16 MHz