Arduino Pro Mini Arduino ailəsinin ən minimalist üzvüdü. Belə ki, üzərində serial kommunikasiya çipi olmayan bu model kiçik ölçülü və enerjiyə qənaətcil sistemlər üçün nəzərdə tutulub. 5V versiyanın kiçik olmasına baxmayaraq digər Arduino modelləri qədər performansa malikdir və üstəlik iki cərgədə düzülmüş pinlər bu mini-kartı breadboarda rahat qoşmağa imkan verir. Kartı proqramlamaq üçün sizə original FTDİ və ya CP2102 USB-Serial konverteri lazım olacaq.
Texniki parametrləri:
- Mikrokontroller: Atmega328 (8bit)
- İşçi gərginliyi: 5V
- Qida gərginliyi: 5.5-12V (RAW pin maks. 12V)
- Rəqəmsal Giriş/çıxışlar: 14 (6 kanalda PWM mümkündür)
- Analoq giriş: 6
- Proqram yaddaşı: 32 KB Flash
- SRAM: 2 KB
- EEPROM: 1 KB
- Takt tezliyi: 16 MHz
Sxem və əlavə keçidlər: