,

Sayrışan İşıqlar (Flip-flop) MakerKit Flasher Dəsti

Mövcudluğu:

İnventarda var


9.00 

İnventarda var

Makerspace (Makerstore) Azərbaycan olaraq lehimləməni yeni öyrənənlər və öyrənmək istəyənlər üçün hazırladığımız MakerKit Flasher dəstini təqdim edirik. Bu dəstin hazırlanmasında əsas məqsəd elektronika həvəskarlarının lehimləmə qabiliyyətini artırmaq, lehim bacarıqlarını inkişaf etdirmək, dövrələrin iş prinsipləriylə tanış olmasıdır. Ümid edirik sizlər üçün maraqlı olacaq. Dəst daxilində komponentlər lehimlənməmiş formada verilir. Həvəskarlar bu komponentləri dəstin içərisinə daxil olan boş dövrə kartına sxemə uyğun formada lehimləyərək lehim təcrübələrini artıra bilərlər.

Elektrik xüsusiyyətləri:

  • Qida gərginliyi: 3 – 15 V DC
  • Çap lövhə ölçüsü: 60mm x 33mm
  • Dövrə versiyası: 1.0
  • Dəstə daxildir:
    • 1 əd. Çap lövhəsi (PCB)
    • 1 əd. 2xAA Batareya qabı
    • 2 əd. 10uF 50V Elektrolitik kondensator
    • 2 əd. Qırmızı LED lampalar
    • 2 əd. 500 KΩ Potensiometr (trimm pot)
    • 2 əd. 2N3904 NPN Bipolyar tranzistor
    • 2 əd. 2.2 KΩ Müqavimət (rezistor)
    • 2 əd. 10 KΩ Müqavimət (rezistor)
    • İstifadəçi bələdçisi (User guide)
  • Qeyd: Dəst sökülü halda gəlir. Yığmaq üçün sizə lehimləmə cihazı, qısqaclı kəlbətin və 2 ədəd 1.5V AA batreya lazımdır.

Faydalı keçidlər:

Məhsulun kodu: MK001 Kateqoriyalar: , Tags: , , , , , , , , ,