Əşyaların İnterneti (IoT) və LoRaWAN sahəsinə yeni başlayanlar üçün bu sadə dəst olduqca faydalı olacaq. Dəsti lehimlədikdən sonra LoRa/LoRaWAN üzərindən fərqli data paketlər ötürə bilər, uzaqdan sensor dəyərlərini oxuya və ya hansısa aktuator idarəetmə məqsədilə istifadə edə bilərsiniz. Layihə tamamilə açıq-qaynaqlıdır. Arduino nümunə kodları və dövrə sxem faylları aşağıdakı keçidlərdə qeyd olunub.
Elektrik xüsusiyyətləri:
- Qida gərginliyi: 3 – 10 V DC
- Çap lövhə ölçüsü: 50mm x 50mm
- Dövrə versiyası: 1
- Dəstə daxildir:
- 1 əd. çap lövhəsi (PCB)
- 1 əd. Arduino Pro-mini 3.3V 8MHz
- 1 əd. RFM95W 868MHz LoRa Transiver Radiomodulu
- 1 əd. BSS84 P-kanal FET tranzistor
- 2 əd. 100 KΩ 0805 rezistor
- 1 əd. 470 KΩ 0805rezistor
- 1 əd. 100nF 0805 keramik kondensator
- 1 əd. Grove I2C konnektor və pin iynə başlıqlar
- 1 əd. 86mm sim antenna
- Qeyd: Dəst sökülü halda gəlir. Yığmaq üçün sizə lehimləmə cihazı və pinset lazım olacaq. Yalnız çap lövhəsini istəsəniz onu da yuxarıdan seçim edərək əldə edə bilərsiniz.