RS-485 və RS-422 ötürmə protokolları ilə xəbərləşmək üçün istifadə olunur. Aşağı enerji sərfiyyatına malik olmasına görə bir çox sənaye tipli layihələrdə seçilən mikrosxemdir. Bu mikrosxem ilə istənilən məlumatı uzaq məsafələrə (təxmini 1200 metr) cəmi iki kabel ilə itkisiz şəkildə ötürmək mümkündür.
Elektrik xüsusiyyətləri:
- İşləmə gərginliyi: 5V
- Cərəyan: 1.5 mA (maks.)
- Sürət: 2.5 Mbps (saniyədə 2.5 meqabit)
- Elektrostatik qoruma funksiyası
- Yüksək temperatur qoruması