Plata üzərindəki USB portu yaxud SD card slotu vasitəsilə USB flashcard yaxud SD card daxilindəki musiqiləri oxuda bilir. Düymələr ilə səsi artırıb azalda, yaxud musiqini digərinə çevirə bilərsiniz. Qulaqcıq cekinə istənilən AUX çıxışlı qulaqcıq qoşmaq mümkündür. Qulaqcıq əvəzinə 2-3W gücündə hər hansı səs ucaldan da qoşmaq olar. Cihazın qidalandırılması istəyə bağlı olaraq 5V USB portundan ya da 3.7V li-ion batareya qoşaraq edilə bilər.
Düymələrin təyinatı:
1)Next/Vol+ (Sonrakı musiqiyə çevirmək yaxud səsi artırmaq)
2)Pre/Vol- (Əvvəlki musiqiyə çevirmək yaxud səsi azaltmaq)
3)Play/Pause/Mode (Musiqini dayandırmaq/başlatmaq yaxud rejimi dəyişmək)
4)Repeat (Musiqinin təkrarlanma rejimini seçmək)
Elektrik xüsusiyyətləri:
- İşləmə gərginliyi: 3.7 ~ 5.5V
- Maksimum yaddaş dəstəyi: 16 GB
- Dəstəklədiyi format: MP3