Nokia 5110 özü indi işlədilməsə də həmin mobil telefonlardakı ekran modulu hələ də elektronika həvəskarlarının əsas ekran seçimlərindəndi. 85 x 48 ekran ölçülü bu displeylər mürəkkən monoxromatik qrafik və mətnlər göstərə bilərsiniz. Bundan əlavə ekranın enerji tələbatı çox azdır (~200μA) və batareya ilə işləyən proyektlər üçün yaxşı seçimdir.
Elektrik xüsusiyyətləri:
- Ekran ölçüsü: 84×48 piksel
- 4 simvol sətri, 12 simvol hər sətrdə
- LCD çipset: PCD8544
- Ekran rəngi: monoxrom, ağ arxa üz
- İşləmə gərginliyi: 2.7- 3.3V
- Arxa işıq qida gərginliyi: 3.3V
- İnterfeys növü: (SPİ) serial, 4Mbps-ə qədər məlumat ötürmə
- Ekran ölçüləri: 43.6mm x 43.1mm
- Pin düzülüşü:
- 1.RST———– reset.
- 2.CE———— çipı aktivləşdir.
- 3.DC———— data/command .
- 4.DIN———- serial data xətti.
- 5.CLK———- serial implus (clock) xətti.
- 6.VCC———- qida +3.3V.
- 7.LIGHT——- ağ arxa üz LED qida xətti.
- 8.GND——— qida, torpaq (0V).
Əlavə keçidlər: