Sün intellekt (AI) və Maşın öyrənməsi (ML) layihələri üçün xüsusi hazırlanmış hesablama sistemləri artıq hər kəs üçün əlçatandır. NVIDIA® Jetson Nano mini dövrə kartı kiçik ölçülərinə baxmayaraq şəkil klasifikasiyası, əşyaların tanınması, avtonom sürüş, səs analizi və s. süni intellekt layihələrində bir neçə paralel şəbəkəsini paralel işlətməyə imkan verir. NVIDIA CUDA, cuDNN, TensorRT kimi (deep learning) dərin öyrənmə kitabxanası, CV (computer vision), sürətli multimedia emalı imkanlarının olması bu mini kompüteri daha da əvəzolunmaz edir.
Texniki Parametrləri:
- Mikrokontroller: Quad-Core ARM® Cortex®-A57 (1.43 GHz)
- GPU: NVIDIA Maxwell arxitekturalı (128 CUDA hesablama elementi)
- RAM: 4GB LPDDR4 (64-bit)
- Qida gərginliyi:
- DC cek 5V⎓ 4A
- Micro-USB 5V⎓2A
- İnterfeysi:
- 1x RJ45 Gigabit Ethernet konnektoru (10/100/1000)
- 4x USB 3.0 Type-A;
- 1x HDMI 2.0 Type-A;
- 1x DisplayPort DP1.2
- 2x MIPI CSI-2 kamera konnektoru
- 1 x1/2/4 PCIE, M.2 Key E
- Video kodlama: 4K 30/60 fps (H.264/H.265)
- Giriş / çıxış: 2x SPI / 4x I2C / 2x I2S / GPIO
- Dəstə daxil deyil:
- microSD kart (32GB UHS-1)
- USB klaviatura + mouse
- Monitor (HDMI və ya DP)
- Micro-USB və ya DC Cek qida bloku adapteri (əldə var)
Əlavə keçidlər:
- Jetson Nano rəsmi səhifəsi
- Başlanğıc bələdçisi (Getting Started Guide)
- Jetson Nano Wiki
- Jetson Nano ilə Süni İntellektə başlama