Bu kamera modulu sərfəli qiymətə malik və ən çox istifadə olunan görüntü sensorlarından biridir. Yüksək keyfiyyətli video və şəkil qeydə almaq üçün yaxşı seçimdir. Arduino, ESP32 ve STM32 modelləri ilə istifadə oluna bilər. Əsasən, yüksək keyfiyyətli sənaye və kommersial tipli görüntüləmə layihələrində, tibbi cihazlarda, nəqliyyat sistemlərində, təhlükəsizlik layihələrində, robotlarda, görüntü tanıma layihələrində istifadə olunur. Zəif işıqlı mühitdə belə avtomatik fokuslama qabiliyyətinə malikdir.
Elektrik xüsusiyyətləri:
- İşləmə gərginliyi: 1.5V (analoq), 1.8V (Rəqəmsal), 2.8V (I/O)
- Piksel ölçüsü: 5MP (2592×1944)
- Görmə bucağı: 70 dərəcə
- Keyfiyyət:
1080p – 30 FPS
720p – 60 FPS - Ekran tezliyi: 30 FPS (5 MP üçün)
- Görüntü formatları: JPEG, YUV, RGB, GRB
- I2C protokolu dəstəyi